İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, İraq ərazisində İran qazının İraqa köçürülməsi üzrə boru kəməri layihəsində işləyən işçilər terror hücumu hədəfinə çevriliblər və bu hücum zamanı bir qrup iranlı və iraqlı mühəndis şəhid olub, yada ki, yaralanıblar.
Bəqubə şəhərində baş vermiş bu terror hücumunda 18 nəfər, o cümlədən 15 iranlı şəhid olub, 7 nəfər, o cümlədən 5 iranlı yaralanıb.
qeyd edilən şəxslər, İran qazını İraqa köçürən boru xətti layihəsinin işçilərindən idilər ki, özlərinin istirahət məkanlarına geri döndükləri zaman, silahlı şəxslərin hücumu nəticəsində şəhadətə çatdılar.