İraqXƏBƏRLƏR

Maliki Münafiqlər qruplaşmasının İraqdan çıxmasını vurğulayıb

İraqın baş naziri İran İslam Respublikasının təhlükəsizlik naziri ilə görüşdə terrorçu Münafiqlər qruplaşmasının bütün ünsürlərinin yaxın gələcəkdə bu ölkədən çıxacaqlarını bildirib.

İraq baş naziri Nuri Maliki çərşənbə axşamı gecə İranın təhlükəsizlik naziri Heydər Müslihi ilə Bağdadda görüşdə deyib: İraq hökuməti terrorçu Münafiqlər qruplaşması üzvlərinin tam şəkildə yaxın zamanda bu ölkəni tərk etmələri üçün həll yolu ardıncadır. Çünki bu qruplaşma hazırda daxili və regional nigaranlığa çevrilibdir.

Maliki regiondakı mövcud məsələlərə toxunaraq deyib: İran və İraqın Suriya qarşısındakı mövqeyi tamamilə eyni mövqedir və hər iki ölkənin qənaətincə, Suriya böhranının yeganə siyasi həll yolu vardır və bu ölkənin taleyi Suriya xalqının əli ilə təyin olunmalıdır.

İraq baş naziri həmçinin İranın təhlükəsizlik nazirindən İraqda davamlı təhlükəsizliyin yaradılması və onun gücləndirilməsinə kömək üçün iki ölkə arasında ikitərəfli əməkdaşlıqların genişləndirilməsini istəyib.

İranın təhlükəsizlik naziri Heydər Müslihi də bu görüşdə İraqda təhlükəsizlik və stabilliyə kömək barəsində hazırlığı bildirərək deyib: İran İslam Respublikası öz təcrübələrini xüsusi şəkildə İraq hökumətinə təqdim edəcəkdir.

İran təhlükəsizlik naziri əlavə edib: İraqda şiə və müsəlman hökumətinin regionun digər şiə ölkələri yanında güclənməsi region və dünyada şiə qüdrətinin genişlənməsinə səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu