Fələstin Özünüidarə Təşkilatının baş müzakirəçisi İsrail rejimini irqçi bir rejim adlandırıb.
Fələstin Özünüidarə Təşkilatının təslimçi danışıqlardakı baş müzakirəçisi Saib Əriqat deyib : Fələstin xalqına qarşı müxtəlif cinayətlər törətmiş İsrail rejimi insanlığa qarşı olan bu əməllərinə görə, mühakimə olunmalıdır.
Əriqat, İsrail rejiminin bu danışıqlarda müəyyən maneçiliklər törətməsinə işarə edərəkəlavə edib: Fələstin xalqı , nə öz tarixi və dini nədəki öz mədəniyyətindən əl çəkməyəcək və İsrail rejimini rəsmən tanımayacaq.
Beytul-Müqəddəsin paytaxt olması şərti ilə müstəqil Fələstin ölkəsinin yaradılmasının vacibliyini vurğulayaraq Əriqat xatırladıb : Fələstinli qaçqınlar da özlərinin yurduna dönməlidirlər.
Rəsmi hesablamalara görə, fələstinlilərdən 5 milyon 500 min nəfərdən çoxu didərgin və qaçqın vəziyyətində yaşayır.