Ərəbistanda çıxan Əl-Həyat qəzeti BMT-nin xüsusi nümayəndəsi Əxzər İbrahiminin şənbə günü ( 15 mart) Tehrana səfər edəcəyindən xəbər verib. Bu haqda Fars xəbər agentliyi məlumat verib.
Bu məlumata görə, İbrahimi bu gün cümə günü ( 14 mart ) BMT baş assambleyasının iclasında iştirak etdikdən sonra Nyu-Yorku Tehrana doğru tərk edəcək və sabah İrana daxil olacaqdır.
Bu qəzet bu səfərin hədəfləri haqda əlavə detallara işarə etməyib amma Suriya dəyişiklikləri və Cenevrə-2 müzakirələrinin onun Tehranda İran rəsmiləri ilə müzakirə predmeti olacağı gözlənilir.