İraqın paytaxtı Bağdadda meydana gələn partlayış nəticəsində 3 adamın öldüyü, 8 adamın da yaralandığı ifadə edildi.
Paytaxtın şərqindəki Fələstin Prospekti üzərində olan Mustansiriyye Universiteti yaxınlığında bomba yüklü vasitə partladı. Meydana gələn partlayış nəticəsində 3 adam öldü, 8 adam da yaralandı.
Hadisənin ardından bölgəyə çox sayda təhlükəsizlik gücü və təcili yardım sövq edildi. Yaralılar müalicə edilmək üzrə yaxın ətrafdakı xəstəxanalara qaldırıldı.
Bağdadın fərqli bölgələrində dünən təşkil edilən hücumlarda da 7 adamın öldüyü, 19 adamın yaralandığı bildirilmişdi.