İraqın mərkəzində bir maşının içərisinə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi 10 nəfərin ölümü ilə nəticələnib.
Əl-Məyadin telekanalının məlumatına görə, bu gün bazar günü İraqın Babil vilayətində yoxlama –buraxılış postu yaxınlığında baş verən hadisədə 10 nəfər o cümlədən 5 hərbçi həlak olub , daha 75 nəfərdə yaralanıb.
Partlayış nəticəsində 30 avtomobil də yanıb.
Bəqubə vilayətində də törədilən terrorçu bir hadisədə 12 nəfər həlak olub.