BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün nümayəndələri bu təşkilatın baş katibi ilə Suriya məsələsi barəsində danışıqlar aparıblar.
İRİB-in məlumatına görə, BMT baş katibi Ban Ki Mun cümə günü Təhlükəsizlik Şurasının iclasında bu təşkilatın Suriyadakı müfəttişlərinin kimyəvi silahlardan istifadə olunması barəsində araşdırmanın nəticələri ilə bağlı ilk hesabatını ABŞ, Rusiya, Fransa, İngiltərə və Çinə təqdim edib.
İngiltərənin BMT-dəki nümayəndəsi Mark Leyal Qrant bu iclasın sonunda jurnalistlər qarşısında BMT baş katibinin hesabatının məzmununa heç bir işarə etməyib.
ABŞ, Rusiya, Çin və Fransa nümayəndələri də jurnalistlərin suallarını cavablandırmadan BMT katibliyini tərk ediblər.
Bəzi deyilənlərə görə, Rusiyanın Suriya qarşısındakı mövqeyi elə həmin öncəki mövqedir.
BMT baş katibi deyib ki, Suriyada kimyəvi silahlardan istifadə olunması barəsində BMT müfəttişlərinin təhqiqatının nəticələri BMT Baş Assambleyasına da təqdim olunacaq.