İraqda törədilən terror aktı 34 nəfərin ölümü və yaralanması ilə nəticələnib.
İraq polisi bir bəyanatda qeyd edib : Bu gün səhər çağı ( 13 noyabr ) Bəqubə şəhərinin şimalında ” Əl-Müncirə ” məntəqəsində dünya şiələrinin üçüncü İmamı Həzrət İmam Hüseyn (ə)-a əzadarlıq edən karvanın yolu üstündə 3 silsilə partlayış baş verib ki , nəticədə əzadarlardan 7 nəfəri şəhid olub , daha 15 nəfəri isə yaralanıb.
İraqın təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə cəlb olunub və oradakı yaralıları xəstəxanaya köçürüblər.
Habelə İraqın şimalında Səlahəddin vilayətinin mərkəzi Təkrit şəhərinin şərqində terror aktı törədilib ki , hadisə zamanı 10 nəfər ölüb , daha iki nəfər yaralanıb.
Daxil olan məlumata əsasən , Kərkük şəhərinin təhlükəsizlik qüvvələri Ənsar Əl-Sünnə adlı terrorçu qruplaşmanın sərkərdəsi və qruplaşmanın üzvlərindən 10 nəfərini həbs ediblər.
Onlar hüseynçi əzadarların arasında partlayıcı qurğuları işə salmaq istədiyi zaman polis onların bu əməliyyatını zərərsizləşdirib.
Dünya şiələrinin üçüncü İmamı Həzrət İmam Hüseyn (ə)-ın şəhadəti gününə məxsus aşura mərasimi sabah cümə axşamı ( 10 məhərrəm ) dünyanın müxtəlif məntəqələrində o cümlədən , İraqda əzəmətli şəkildə qeyd olunacaq.
