İraqda terror aktları davam edir

İraqın müxtəlif bölgələrində bomba quraşdırılmış bir neçə avtomobilin partladılması nəticəsində ən azı 39 nəfər həlak olub və yaralanıb.

Bağdadın cənubunda Zəfəraniyyə məntəqəsində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində ən azı 6 nəfər həlak olub, 15 nəfər də yaralanıb.
Bağdadın şərqində Cəmilə məntəqəsində də bomba partlayışı 11 nəfərin yaralanmasına səbəb olub.
Digər bir məlumata görə, Bağdada yaxın Sədr şəhərində bir avtobusda quraşdırılmış bomba partladılıb. Nəticədə isə 2 nəfər həlak olub, 5 nəfər də yaralanıb.
Bağdadın şərqində isə əl-Kəmaliyyə məntəqəsində bomba quraşdırılmış bir avtomobil partladılıb. Məlumatlara əsasən partlayışlar törədilən məntəqələrin əksəriyyəti İraq şiələrinin yaşadığı məntəqələrdir.

Exit mobile version