İraqda terror aktları davam edir

İraqın müxtəlif məntəqələrində bir neçə bombanın partlaması və terror hücumları nəticəsində onlarla nəfər həlak olub.

Röyters bu gün məlumat verib: Ən ölümcül hadisə İraqın şimalında Səlahədin vilayətində baş verdi.
Bu hadisədə 4 terrorçu, polis ofisinin binasına daxil olaraq daşıdıqları bombaları və bir avtomobili partladıblar.
Bu terror aktı nəticəsində ən azı 12 nəfər o cümlədən 9 polis qüvvəsi həlak olub.
Agah mənbələrin məlumatına görə bu hücumda məqsəd polis zindanında həbs edilən bir neçə terrorçuqrupun başçılarını azad etmək olmuşdur.
Həmçinin bu gün səhər Bağdadda 4 avtomobilin partlaması nəticəsində 14 nəfər həlak olub 35 nəfər isə yaralanıb.
Əl-Ənbar vilayətində də terrorçular 4 iraqlı hərbçini oğurlayaraq qətlə yetiriblər.
Dünən də İraqın müxtəlif məntəqələrində terror aktlarının nəticəsində 19 nəfər o cümlədən bir televiziya aparıcısı və 5 nəfərlik ailə həlak olublar.

Exit mobile version