İraqın müxtəlif bölgələrində törədilən terror aktları 5 nəfərin ölümü ilə nəticələnib.
Press Tv-nin məlumatına əsasən, Bağdadın mərkəzində olan bir bazarda iki bombanın partlaması 3-ə yaxın adamın ölümü və daha 8 nəfərin yaralanmasına səbəb olmuşdur.
Habelə Bəqubə şəhərində iki güclü bombanın partlaması iki nəfərin ölümü və daha 10 nəfərin yaralanmasına səbəb olub.
Əl-Ənbar vilayətində İraq ordusunun terrorçu qruplaşmalara qarşı mütəmadi qələbələri ardınca terrorçular özlərinin bu böyük məğlubiyyətinin əvəzini çıxmaq üçün İraqın digər müxtəlif bölgələrində o cümlədən, Bağdadda terrorçu hücumlarını genişləndirirlər.