AzərbaycanXƏBƏRLƏR

Bütün dünya istəyir ki, Azərbaycan Respublikasında hökuməti dəyişsin!

Azərbaycan Respublikası hakimiyyətinə şimal və cənubdan təzyiqin göstərilməsi və hökumətin dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası parlamenti deputatlarının Rusiya və İrana qarşı ittihamlar səsləndirmələrinin ardınca, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də Azərbaycan Respublikasında Facebook inqilabı üçün ABŞ və qərbin səyi barəsində xəbərdarlıq edib.

Siyasi ekspert Zəfər Quliyev bu barədə deyir: Bu fikir ayrılıqları göstərir ki, Bakı hazırkı proseslərdən çox nigarandır və hər tərəfdən özü üçün təhlükə görür! Azərbaycan hökuməti gah bildirir ki, Rusiya və İran Azərbaycan Respublikasında hökuməti dəyişmək istəyirlər. Bu qərbə ünvanlanmış müraciətdir ki, onlar rəsmi Bakıya qarşı təzyiqi azaltsınlar. Eyni halda da bildirirlər ki, Amerika Azərbaycanda Facebook inqilabı yaratmaq istəyir. Belə olduğu halda belə nəticə çıxır ki, bütün dünya Azərbaycan Respublikasında hökuməti dəyişmək istəyir. Bu açıqlamaların əsası göstərir ki, Bakı vahid mövqeyə malik deyil. Buna görə Azərbaycan hökumətinin uğurlu siyasətinin olmadığını göstərir. Necə mümkündür ki, bu tarazlıq siyasəti sayəsində həm Amerikadan, həm də Rusiyadan Azərbaycan Respublikası üçün təhlükə olsun?

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu