İraqda terror hücumları davam edir

İraqda terror hücumlarının davamında 14 nəfər həlak olub.

Bazar ertəsi günü İraqın müxtəlif məntəqələri, o sıradan Kərkük və Mosul və bu ölkənin şimalında keçirilən terror hücumlarında azı on dörd nəfər həlak olub, qırx nəfər də yaralanıbdır.

Həmçinin bazar günü gecə İraqın mərkəzi, cənubu və şərqində yerləşən Kərbəla, Babil, Bəsrə, Nasiriyyə və Kut şəhərlərində bomba qoyulmuş bir neçə avtomobilin partladılması nəticəsində otuz səkkiz nəfər ölüb, yüz otuz bir nəfər də yaralanıbdır.

Belə bir halda, İraqın təhlükəsizlik və ordu qüvvələri bazar günü paytaxt Bağdadın cənubu və İraqın şərqindəki Diyalə vilayətinin mərkəzində yerləşən Bəqubə şəhərində iki əməliyyat həyata keçirərək, terrorçuların iki başçısı daxil olmaqla iyirmi üç terrorçunu həbs ediblər.
İraq təqribən üç ay bundan qabaqdan kobudluqların artması səhnəsidir, belə ki, BMT-nin hesabatına əsasən, ötən üç ayda İraqda iki min beş yüzdən yuxarı şəxs öldürülübdür.

Exit mobile version