AzərbaycanXƏBƏRLƏR
Hacı Şahin Həsənli: Azərbaycanda fahişəlik leqallaşdırıla bilməz
“Azərbaycanda fahişəlik leqallaşdırıla bilməz, çünki o zaman bu peşə kimi qəbul edilər. Bu isə yolverilməzdir”. Bu sözləri ANS-ə açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Ş.Həsənli onu da əlavə edib ki, fahişəlik dinimizdə və Allah dərgahında günah və zinadır.
“Həmçinin bu leqallaşma legitimliyə gətirər, nəticədə mənəvi dəyərlərin aşınmasına gətirib çıxarar. Bu təklifin qəbuluna və gələcəkdə qanun kimi qəbul olunmasına inanmıram”, – deyə ilahiyyətçı vurğulayıb.