İraqın kəşfiyyat təşkilatı bu ölkənin qərbində səudiyyə ərəbistan nömrəli avtomobillər kəşf edib ki, İŞİD qruplaşmasına aiddir.
İraqın Nəhreyn Net Xəbər Portalı məlumat verib: İraqın kəşfiyyat təşkilatının əməliyyat müdiri Qasim Əta terrorçu ünsürlərin bu ölkəyə göndərilməsində səudilərin məsuliyyət daşıdığını bildirərək söyləyib: Kəşf edilmiş avtomobillər Ərəbistanın İraqda terrorçu qruplaşmaları himayə etdiyini göstərir.
İraqın nümayəndələr palatasının təhlükəsizlik və müdafiə komitəsinin üzvü Şəvan Məhəmməd Taha da İŞİD terrorçu qruplaşma başçılarının Ərəbistanın kəşfiyyat təşkilatı ilə əlaqəsinə işarə ilə beynəlxalq məhkəmələrdən bu məsələləri araşdırmalarını tələb edib