Misirin müdafiə naziri göstəriş verib ki, Amerika, İngiltərə və ya heç bir digər hərbi döyüş gəmisinə Süveyş kanalından keçmək icazəsi verilməsin.
Əbdülfəttah Əl-Sisi Suriyaya hücum etmək istəyən gəmilərə Süveyş kanalından keçmək icazəsinin verilməyəcəyini vurğulayıb.
Röyters əlavə edib: Əl-Sisi bu qərarının Misir və Suriya arasında imzalanmış birgə müdafiə müqaviləsinə əsaslandığını və Qahirənin bu müqaviləyə sədaqətinə təkid olduğunu bildirib. Beləliklə, ABŞ və İngiltərə, Suriyaya hücum qərarını qəbul etdikləri təqdirdə, çətin vəziyyətlə üzləşmiş olacaqlar.