Birn neçə məclis üzvünün suallarını cavablandırmaq üçün İslam Şurası Məclisinə getmiş İranın xarici işlər naziri deyib ki, inqilabın məntiqi dialoqu meydanı inqilabın və İran xalqının bədxahları üçün daraldıb.
Məhəmməd Cavad Zərif məclisin açıq iclasının əvvəlində sual və nəzərlərin məclis üzvlərinin haqqı və vəzifəsi, milli maraqlar və məsləhətlər çərçivəsində cavab verməyin də onun və onun nazirlər kabinetindəki digər həmkarlarının borcu olduğunu bildirərək, əlavə edib: Məclis üzvlərinin Xarici İşlər Nazirliyinə olan həssaslıqları xarici siyasətə və milli təhlükəsizliyə verilən önəmi göstərir və bu, təqdirə və təşəkkürə layiqdir.
Cənab Zərif sonra deyib: Mənim səyim daim bu olubdur ki, İran İslam Respublikasına qarşı beynəlxalq atmosferyaratmalarla qətiyyətlə mübarizə edəm və saxta və zəhərli sionist təəssüblərin İranı beynəlxalq təhlükəsizliyi pozan amil və regional təhdid kimi qərar verməsinə icazə verməyəm.