İraqın Falucə şəhərində İŞİD qruplaşması ünsürləri mühasirə edilib

İraq ordusunun quru qüvvələrinin komandiri bu ölkənin qərbində İraq və Şam İslam Dövləti Daeş adlı terrorçu qruplaşmanın ünsürlərinin mühasirə edilməsindən xəbər verib.

Əl-Əraqiyyə Telekanalına müsahibəsi zamanı bu sözləri söyləyən Əli Ğeydan sonra deyib: Falucə şəhərinin bütün giriş qapıları İraq ordusunun tam şəkildə nəzarətindədir və yoxlama-buraxılış postlarının yaradılması ilə bu şəhərdə bütün terror ünsürlərinin hərəkətləri tam nəzarət altındadır.

İraq ordusu Falucə şəhərini Terrorçulardan təmizləmək məqsədilə geniş əməliyyata başlayıb. Belə ki, ordunun hərbi bölmələri Falucənin bütün ətraf məntəqələrini tam nəzarətlərinə keçiriblər və özlərini Falucənin mərkəzinə geniş hücum üçün hazırlayırlar.

↑
Mobil sürümden çık