İraq Kürdüstan Bölgəsinin Suriya sərhədindən İran sərhədinə qədər olan bütün sərhəd xəttlərinə xəndək qazdığı bildirildi.
Sumeriye televiziyasının xəbərinə görə Kürdüstan Bölgəsi səlahiyyətliləri sərhədlərə qazılan xəndəyin təhlükəsizlik səbəbiylə alınan bir tədbir olduğunu açıqladı.
Kürdüstan Bölgəsi Peşmerge Nazirliyi, İraq ordusunun ayrıldığı sərhəd bölgələrindən başladığını ifadə etdi və İraqın Suriya sərhədindəki Neyneva elinə bağlı Rebia rayonundan başlayacaq olan xəndəyin İraq-İran sərhədindəki Diyala elinə bağlı Celula’da son tapacağını açıqladı.
Peşmerge Nazirliyi Baş katibi Cabbar Yavər, “Kürdüstan Bölgəsi Erbil, Mosul, Kərkük və Dohuk ətraflarında xəndəklər qazmağa başlamışdır. Bu xəndəklərin dərinliyi 2-3 metr olacaq “dedi.