
Suriya Məclisi, terrorçuların hücumlarının genişlənməsinə rəğmən Suriyanın terrorçular qarşısındakı müqavimət və dayanmasına təkid edib.
Suriya Məclisi bir bəyanatda Dəməşqin Əl-İman Məscidində din alimi Əllamə Məhəmməd Səid Ramazan Əl-Buti və bir qrup suriyalı namaz qılanın terror edilmələrini pisləyib.
Bəyanatda deyilir: “ Terrorçular belə hücumlar həyata keçirməklə Suriyada özlərinin azğın və təkfiri təfəkkürlərini yaya bilməyəcəklər və İslam dininin səsini sakitləşdirə bilməyəcəklər”.
Suriya Məclisi öz bəyanatında bu cinayət amillərinin aşkarlanması və cəzalandırılmalarını istəyib.