Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda Bəhreyn rejimindən istəyibdir ki, bu ölkə inqilabı zamanı həbs edilən 18 yaşından aşağı olan bütün uşaqları tez bir zamanda azad etsin.
Beynəlxalq Amnistiya Təşkilatı bu bəyanatda Ali-Xəlifə rejiminin həbsində olan uşaqlar və yeniyetmələrə işgəncənin verilməsi və onlarla kobud rəftarlar üzrə ortaya atılan ittihamlar haqda geniş və ətraflı təhqiqatların həyata keçirilməsi zərurətinə təkid edib.
Bu beynəlxalq qurum sonra belə vurğulayıb: Aşkar edilən suçlar işləməyən 18 yaşdan aşağı olan bütün uşaqlar və yeniyetmələr dərhal azad edilməlidirlər və bu şəxslərə qarşı işgəncə və kobud rəftarlar haqda ortaya atılan bütün ittihamlara da tam dəqiq formada baxılmalıdır.
Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında sonra belə bildirib: 16-18 yaşlarında olan ən azı 110 yeniyetmə hal-hazırda yetkinlik yaşından yuxarı məhbuslara məxsus olan Əl-Mohrəq həbsxanasında məhbusdurlar.