Rus Abaron Eksport şirkətinin direktor müavini deyib: Rusiya Suriya ilə imzaladığı bütün silah müqavilələrini icra edəcək.
RİA Novostinin məlumatına görə, Viktor Kumardin deyib: Moskva 2011-ci ilə kimi Rusiya və Suriya arasında imzalanmış silah müqavilələrini icra etmək niyyətindədir.
V.Kumardin Rusiyanın Suriya ilə imzaladığı silah müqavilələrinin müdafiə xarakterli silahları əhatə etdiyini deyərək, əlavə edib: Rusiya bu müqavilələrə uyğun olaraq, Suriyaya havadan və dənizdən müdafiə sistemləri verəcək.
O, Rusiyanın Suriyaya verəcəyi silahlar arasında Tur və Buk havadan müdafiə raketləri habelə, yer-dəniz tipli raketlərin daxil olduğunu bildirib.
Kumardin həmçinin deyib: Rusiya 2001-ci ildə Suriyada böhranın başlanmasından bəri bu ölkə ilə yeni silah müqaviləsi imzalamayıb.
Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, Suriya ilə imzalanmış silah müqavilələrini tam formada yerinə yetirəcəklər.