İranın xarici işlər naziri və Avropa Birliyi xarici siyasət idarəsinin koordinatorunun qarşılıqlı məsləhətləşmələri Vyanada başa çatıb.
İSNA xəbər agentliyinin verdiyi məlumata əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyi xarici siyasət idarəsinin koordinatoru Katrin Aşton bu gün Vyanada bağlı qapılar arxasında 3 saata yaxın İranın nüvə məsələləri haqda məsləhətləşmələr aparıblar.
İran və Altılıq Qrupunun ” Müştərək fəaliyyət proqramının ” yekun mərhələsi haqda müzakirələrinin 4-cü turu çərşənbə günü BMT-nin Vyanadakı qərargahında başlandı.
Bu görüşdə , hərtərəfli və konkret bir razılaşmanın ilkin mətninin qələmə alınmasının keyfiyyəti və anlaşma çərçivəsində İran və Altılıq Qrupu tərəfindən bir sıra müəyyən ümumi idealar irəli sürüldü.


