AsyaDünyaXƏBƏRLƏR

ISAF, 13 illik Əfqanıstan işğalına qismən son verdi

ISAF, 13 illik Əfqanıstan işğalına qismən son verdi. Əfqanıstanda təxminən 13 ildir işğalçı olaraq olan Beynəlxalq Təhlükəsizlik və Dəstək Gücü’nün (ISAF) missiyasını tamamlaması səbəbindən paytaxt Kabildə hərbi mərasim təşkil edildi.

ISAF, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dekabr 2001-ci ildə aldığı, 1386 saylı qərar istiqamətində, paytaxt və ətrafında təhlükəsizliyi təmin etmək, keçid hökumətinin qurulmasına dəstək olmaq və terror (!) Təşkilatları ilə mübarizə etmək üçün yerləşirdi.

ISAF’ın oktyabr ayı rəqəmlərinə görə ölkədə təxminən 35 min xarici əsgər var. Bunlardan, vəzifə tərifi dəyişən 13 mini yerli güclərə təhsil və məsləhət xidməti vermək üzrə ölkədə qalacaq.

ISAF’ın missiyasını sonlandırdığı 2014 Əfqanıstanın gördüyü ən qanlı illərdən biri oldu.

İlin ilk yarısında terror hücumlarında min 500-dən çox vətəndaş həyatını itirdi. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə terrora qurban verilən qadın və uşaqların sayı bu il ciddi nisbətdə artdı.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı