Dünyada ilk dəfə olaraq, İranın İsfahan şəhərində 8 klonlaşdırılmış çəpiş eyni zamanda dünyaya gəlib.
İranın mərkəzində yerləşən İsfahanın Royan Tədqiqat Mərkəzinin Canlıların Biologiyası Tədqiqat Müəssisəsinin sədri deyib: “ Yeni taktika və sadə klonlaşdırılmış şəkildə 8 çəpiş eyni zamanda dünyaya gəlib”.
Məhəmməd Hüseyn Nəsr-İsfahani İRNA ilə müsahibədə əlavə edib: “ Dünyada ilk dəfə icra olunan bu üsulda modern mikroskoplara ehtiyaclı olan klonlaşdırma texnologiyası elə bir şəkildə icra olunub ki, bütün adi laboratoriyalarda da onu həyata keçirmək mümkündür”.
Nəsr-İsfahani bildirib: “ Bu praktiki metod ötən il beynəlxalq jurnallarda qeydə alınıb”.
Dünyaya gələn çəpişlərin hazırda yaxşı vəziyyətdə olduğunu bildirən Nəsr-İsfahani söyləyib: “ Bu layihədə klonlaşdırma prosesinin sadələşdirilməsi də icra olunub”.
