Terrorçular Hələbdəki Öməvi məscidi tarixi abidəsinin bir hissəsini qarət ediblər.
Terrorçu qruplar Hələb şəhərindəki Öməvi məscidi tarixi abidəsinin bir hissəsini qarət etdikdən sonra bu məscidin qədim mənbərini oğurlayıblar. Terrorçular bundan öncə həmin məscidin bir hissəsini yandırmışdılar ki, bu da məsciddə mövcud olan bəzi tarixi əsərlər və kitabların nüsxələrinin məhv olmasına bais olmuşdu.