İran və Hindistan Tehranın Beynəlxalq Kitab sərgisinin kənarında ədəbi-mədəni ortaqlıqlar üzrə profesional iclas keçiriblər.
İran ilə Hindistan arasında ədəbi-məndəi iclas iştirakçıları iki ölkə arasında saysız ortaqlıqların olduğu üzərində təkid edərək iki ölkə arasındakı uzun keçmişə malik münasibətlərin həmin ortaqlıqların yaranmasında böyük rol oynadığını bildiriblər.
İranlı ədib və tədqiqatçı İlham Baqiri həmin iclasda İran ilə Hindistan miflərinin ortaqlıqlarına toxunaraq deyib: Hər bir xalqın taleyi o xalqın öz əlində və məfkurəsindədir və miflərin araşdırılması və onları digər ərazilərdə olan miflərlə müqayisə etmək, keçmişdəmövcud olmuş ortaqlıqların keyfiyyətini üzə çıxarır.
Həmçinin İranın Semnan Universitetinin professorsu Məhəmməd Cavad Zeynəli də həmin iclasda deyib: İran və Hindistan keçmiş dövrlərdə də qonşu olduqları üçün çoxlu mədəni və ədəbi əlaqələrə malik olbular.