AsyaDünyaFələstinXƏBƏRLƏR

Işğal rejimi: Aşkol’da 5 əsgərimiz öldürüldü

Kassam’ın şərhlərinin ardından itkinlərini elan etmək məcburiyyətində qalan işğal ordusu, Aşkol’da 5 əsgərinin öldüyünü, Qəzza sərhədində çıxan qarşıdurmalarda isə 19 əsgərinin yaralandığını etiraf etdi.

Sionist mətbuat nəşr orqanları daha əvvəl 8 əsgərin yaralandığını bunlardan ikisinin vəziyyətinin ağır olduğunu ifadə etmişdi.

Müqavimət güclərinin atdığı mərmilərdən birinin Aşkol’daki elektrik stansiyasına isabət etməsi nəticəsi bir çox bölgənin elektriki kəsilmişdi.

Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları daha əvvəl etdiyi şərhdə, Aşkol bölgəsinə bir neçə ədəd havan topu atdığını hücumda işğal əsgərlərindən bəzilərinin öldüyünü və bəzilərinin də yaralandığını bildirmişdi.

Son itkilərlə birlikdə işğal rejiminin rəsmi olaraq qəbul etdiyi rəqəmlərə görə indiyə qədər 61 işğal əsgəri həyatını itirdi, 500-dən çox əsgər də yaralandı. Qəssam Briqadalarının verdiyi rəqəmlər isə itkilərin daha çox olduğunu göstərir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu