ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında maraqlı hadisə baş verib. Polisin təqib-izləmə əməliyyatı zamanı çıxan silahlı insident zamanı bir qadın həyatını itirib.
ABŞ rəsmiləri bildiriblər ki, bir qadın idarə etdiyi avtomobili Vaşinqtonda, Ağ Evin yaxınlığındakı baryerlərdən birinə çırpıb. Şahidlərin dediyinə görə, polis qüvvələri hadisənin ardınca bu avtomobili ABŞ Konqresinin binasının yaxınlığına kimi təqib ediblər. Daha sonra polis qüvvələri atəş açaraq qadın sürücünü öldürüblər. Avtomobildə qadın sürücünün yanında bir yaşlı uşaq da olub.
Təqribən 2 həftə öncə də silahlı bir hücumçu Vaşinqtonda ABŞ ordusunun Dəniz Qüvvələri qərargahının 11 işçisini qətlə yetirmişdi. Bu şəxsin ruhi xəstə olduğu bildirilir.