DünyaXƏBƏRLƏR

Ruhani-Putin razılaşmasının icra olunması istiqamətində iri addımlar

İran prezidenti çərşənbə günü axşam Rusiyanın xarici işlər naziri- Sergey Lavrov ilə görüşdə deyib: Bizim hədəfimiz Rusiya ilə strateji və son dərəcə yaxın əlaqələrə nail olmaqdır.

Həsən Ruhani,İran və Rusiya prezidentləri arasında Bişkekdə əldə olunmuş razılaşmaların icrası üçün iki tərəf vasitəsilə atılmış addımlara işarə edərək, deyib: İran, Rusiya kimi iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlar sahələrini əhatə edəcək uzunmüddətli ətraflı razılaşmaya çatmağa hazırdır.

Sülh və təhlükəsizliyin qurulması zərurəti, terrorizm və ifratçılıqla mübarizə, regional məsələ və problemlər, Suriya olayları və Cenevrə nüvə müzakirələri kimi mövzuların qaldırıldığı bu görüşdə prezident Ruhani deyib: Cenevrə razılaşmasının mənası budur ki, İranın bütün hüquqları, o cümlədən zənginləşdirmə haqqı onda rəsmi surətdə tanınıbdır və əgər bəzi ölkələr bu razılaşmadan başqa bir şərh irəli sürmək istəyərlərsə, qarşılıqlı etimad və mövcud etimadyaratma səylərinə xələl gətirmiş olacaqlar.

Ölkə prezidenti xarici qüvvələrin iştirakının regionda səbatsızlıq və əmin-amansızlığa və terrorizmin yayılmasına səbəb olduğunu vurğulayaraq, söyləyib: Xarici qüvvələrin regionda iştirakı böyük problemlərdəndir ki, daim İran ilə Rusiyanın diqqət mərkəzində durub və zəruridir ki, bizim bu barədə müştərək anlaşmalarımız genişlənsin.

Rusiyanın xarici işlər naziri də bu görüşdə deyib: Cenevrə razılaşmasının şərhində İran ilə Rusiya arasında heç bir ixtilaf mövcud deyil.
Sergey Lavrov bildirib ki, bu səfərlər prezident Ruhani ilə Putin arasında Bişkekdə əldə olunmuş razılaşmaların icra olunması istiqamətində atılan iri addımlardır. O, deyib: Rusiya iki ölkə prezidentləri arasında Bişkekdə əldə olunmuş razılaşmaların icrasına sadiqdir və mən bu səfərdə həmin razılaşmaların tam icrası tərzini araşdırdım.

O, əlavə edib: Tərəflər razılaşıblar ki, iki ölkənin iqtisadi əməkdaşlıqlar üzrə müştərək komissiyasının iclasının əhatəli iş gündəmini sürətlə hazırlasınlar və Rusiya İranla əlaqələrdə özünün bütün imkanlarından istifadə etməyə hazırdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu