FOTOİranXƏBƏRLƏR

“Bir neçə ölkənin artıqtamahlığı İranın nüvə məsələsinin həllinə mane olur”

İran İslam İnqilabının Böyük Rəhbəri bir neçə ölkənin maneəçiliyini İslam Respublikasının nüvə məsələsinin həllinə maneə adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə günü 1981-ci il 28 iyunda Ayətullah şəhid Behişti və inqilabçılardan 72 nəfərinin şəhid edilməsinin ildönümü və Məhkəmə Hakimiyyəti Günü ərəfəsində İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri, yüksək səviyyəli rəsmiləri və məhkəmə hakimlərini qəbul ediblər.

Böyük Rəhbər bu görüşdə bildiriblər: İranın nüvə məsələsində, bir neçə artıq tamah ölkə istəmir ki, məsələ həll olunsun və onların təxribatçılığı bu məsələnin bu günə qədər həll olunmamış qalmasına səbəb olub.

Həzrət Ayətullahülüzma Xamenei Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən imzalanan yazılı sənədə toxunaraq əlavə ediblər: Bu sənəddə agentlik etiraf edib ki, İranın nüvə fəaliyyəti barəsindəki nöqsanlar aradan qaldırılıb. Buna görə İranın nüvə məsələsi barəsindəki iş bağlanır. Lakin amerikalılar dərhal yeni məsələləri irəli sürdülər. Çünki nüvə məsələsini İrana təhdid və təzyiq üçün münasib nöqtə hesab edirlər.

rahbar-3

 

İranın nüvə məsələsində sionistlərin təhriklərinə toxunan İnqilab Rəhbəri deyiblər: İslam Respublikası nüvə məsələsində qanuni və şəffaf addım atıb və sübut baxımından güclü məntiqə malikdir, lakin düşmənlərin məqsədi təzyiqi davam etdirmək, xalqı yormaq və quruluşu dəyişməkdir. Buna görə məsələnin həll olunması ilə razılaşmırlar.

rahbar--1

“Onlar üçün nüvə fəaliyyəti, insan haqları, demokratiya və başqa heç bir nəyin əhəmiyyəti yoxdur. Onlar İran xalqının inkişafının qarşısını almaq və yenidən İranı istila etmək ardıncadırlar. Lakin İslam Respublikası iqtidarla, istiqlaliyyətlə, xalqa arxalanmaqla və Allaha etimad etməklə dayanıb və İranın mənafeyini qoruyur” –deyə Böyük Rəhbər söyləyiblər.

Sözlərinin davamında 14 iyun prezident seçkilərində İranın bəsirətli və sayıq xalqının həqiqi və əzəmətli qəhrəmanlığını alqışlayan Böyük Rəhbər bildiriblər: Bu ilki seçkilərdə xalqın əzəmətli iştirakının rəmzi İslam Respublikasına etimad və maraq, seçki müşahidəçiləri və icraçılarına etimad və İran davamlı və irəliləyən hərəkətinə ümidvarlığı idi. Bu, çox önəmli və inkarolunmaz həqiqətdir.

rahbar-2(1)

Həzrət Ayətullahülüzma Xamenei seçilən prezidentə köməyin göstərilməsinin zəruriliyini vurğulayaraq söyləyiblər: Düşmənlərin hərtərəfli proqram və məqsədlərinin iflasa uğraması, inkişaf etmiş və abadlaşmış infrastruktur olaraq güclü təhlükəsizliyin mövcud olması, seçilən prezident qarşısında digər namizədlərin nəcib davranmaları və qanunu qəbul etmələri, xalqın mənafeyinin qorunması istiqamətində İslam Respublikasının möhkəmliyi və iqtidarı son seçkilərdə önəmli məsələlər idi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu