İranXƏBƏRLƏR

Xəzayi: Amerika ilə hədə-qorxu atmosferində müzakirə aparmarıq

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: İran İslam Respublikası yalnız təhdidlər və təzyiqlərin olmadığı bir atmosferdə ABŞ ilə müzakirə aparmağa hazırdır.
Səhər kanalının internet saytının məlumatına görə, Məhəmməd Xəzayi cümə axşamı günü Nyu-Yorkda beynəlxalq diplomatlar, ziyalılar və amerikalı mütəfəkkirlər qarşısında etdiyi çıxışında İran rəsmilərinin qarşılıqlı hörmət əsasında ABŞ ilə danışıqlara hazır olduqlarını bildirərək, deyib: Tehran İran xalqına qarşı təzyiqlərin artırılmasını qarşıya məqsəd qoyan danışıqlarda iştiraka hazır deyil.
İranın BMT-dəki daimi nümayəndəsi İslam İnqilabının Böyük Rəhbərinin ABŞ ilə müzakirələr haqdakı bəyanatlarının müxtəlif cəhətlərinə işarə edərək, deyib: “İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Biz məntiq əhliyik və məntiqli rəftarları dərk edirik. Amerika məntiqli rəftara hazır olduğunu göstərməlidir.”
M.Xəzayi İranın ABŞ-ın necə bir rəftara malik olduğunu yaxşı gördüyünü deyərək, vurğulayıb: İranda belə bir təsəvvür mövcuddur ki, Amerika danışıqlardan İrana qarşı təzyiqləri daha da artırmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır.
İranın BMT-dəki daimi nümayəndəsi İrana qarşı təhdid və təzyiq siyasətini mənasız və təsirsiz adlandırıb və deyib: Tehran və Vaşinqton arasındakı əsas məsələ İran İslam Respublikasının nüvə proqramı yox, iki ölkə arasında qarşılıqlı olaraq etimadın olmamasıdır.
Məhəmməd Xəzayi həmçinin, İran və 5+1 Qrupu arasında Qazaxıstanda baş tutacaq müzakirələrə işarə edərək, deyib: İranın qırmızı xətti NPT protokolu çərçivəsində uranın zənginləşdirilməsinə malik olmaqdır və bu məsələ danışıqlarda İranın nümayəndə heyəti tərəfindən müzakirəyə çıxarılacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu