İran İslami Şura Məclisi Başçı Vəkili, İranın Amerikadakı mal varlığı ilə əlaqədar olaraq məntiqsiz, qanunu və əsassız qərarlar alan ABŞ məhkəmələrinin cəhdinin beynəlxalq hüquq və sistemə qarşı ciddi bir təhdid olduğunu bildirib.
İslami Şura Məclisinin bugünkü açıq iclasında çıxış edən İran İslami Şura Məclisi Başçı Vəkili Hüccətul İslam Seyyid Məhəmməd Həsən Əbu Turabiferd, İranın üç hakimiyyətinin, İran xalqının haqqlarını geri almaq üçün öz bütün səyini istifadə və daha əvvəlki İran Amerika qarşılaşmalarında olduğu kimi bu dəfə də Amerika ‘ nın İran qarşısında ağır bir məğlubiyyət alacağını bildirdi.
IRNA’nın verdiyi xəbərə görə İran xalqının qətiliklə öz haqqından imtina etməyəcəyini və öz haqqını sökə sökə alaraq Amerika sisteminə digər ağır bir yumruq daha endirəcəyini ifadə edən Əbu Turabiferd Amerikanın rəsmi olaraq quldurluq etdiyini ifadə etdi.
Amerika yüksək məhkəməsi 20 aprel tarixində sözdə terror cinayətləri qurbanları ailələrinə təzminat ödənməsi bəhanəsiylə İranın Amerikadakı mal varlığından 2 milyard dollara əl qoyulmasına qərar vermişdi.