Ərəb Birliyinin Suriyadakı problemin həlli üçün çox yaxında yeni bir plan açıqlayacağı bildirildi.
Səudiyyə ərəbistanıda nümayiş olunan əl-Vətən qəzeti, siyasi qaynaqlara söykədiyi xəbərində Suriyadakı problemin həlli üçün başladılacaq Ərəb Birliyi cəhdinə Misirin liderlik etdiyini bildirdi.
Xəbərdə Qahirə liderliyində Suriyadakı problemin həlli üçün hazırlanan Ərəb Birliyi planının çox yaxında açıqlanacağı ifadə edildi.
Siyasi qaynaqların verdiyi məlumata görə hazırlanan plan, İraq-Şam İslam Dövləti (IŞİD) adlı təşkilatla mübarizə üçün bölgə ölkələrinin də iştirak edəcəyi beynəlxalq bir hərbi güc yaradılmasını hədəfləyir.
Qəzetə şərhdə olan siyasi qaynaqlar, planın əvvəl Ərəb Birliyində ələ alınacağını ardından da beynəlxalq cəmiyyətə təqdim ediləcəyini söylədi.
Ərəb Birliyinin yeni planına Misirin liderlik etdiyinə diqqət çəkən siyasi qaynaqlar, “Qahirə, Suriyanın bölünmə təhlükəsindən qurtarılması üçün böhranın sona çatmasını istəyir” dedi və Misir prezidenti Abdulfəttah Sisi’nin Rusiyaya etdiyi son səfərdə bu planı gündəmə gətirdiyini söylədi .