
İslam İnqilabının Böyük Rəhbəri qadının yeni örnəyinin tanıtdırılmasında iranlı müsəlman qadının rolunu tarix yaradıcı adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü açılış mərasimi Tehranda keçirilən “7 min şəhid qadın” konfransında oxunan bu müraciətdə xatırladıblar: Yeni əsrdə bu mücahid qadınların qanının bərəkəti ilə yeni güc və iqtidar zühur edib. Bu da gec-tez dünya qadınlarının taleyində və mövqeyində təsirli olacaqdır.
Dünyanın şərq və qərb quruluşlarında qadın varlığına kənarda qalan ünsür və ya kişilər üçün cinsi vasitə kimi baxıldığına toxunan Böyük Rəhbər İslam İnqilabı və Müqəddəs Müdafiədə yeni örnək kimi qadınların rolunu açıqlayıb və bildiriblər: İranlı müsəlman qadın sübuta yetirdi ki, siyasi və ictimai sahələrdə böyük fəthləri töhfə verəcəklər.
İslam İnqilabının Böyük Rəhbərinin müraciətində əlavə olunub: İslam dünyası qadınlarının Həzrət Xədicə (s.ə), əziz qızı Həzrət Fatimə Zəhra (s.ə) və Zeynəb Kubra (s.ə) kimi islamın əvvəlindəki qadınlardan örnək götürdükləri zamana qədər qadına qarşı köhnə və yeni planlar nəticə verməyəcək.
Həzrət Ayətullahülüzma Xamenei bu müraciətdə iranlı müsəlman qadının böyük cihadının dünyaya nümayiş etdirilməsinin zəruriliyini vurğulayaraq ümidvarlıq ediblər ki, bu şərafətli qadınların qanının bərəkəti ilə medialar, incəsənət xadimləri, ziyalılar və kinematoqrafçılar dünyada tanınması zəruri olan iranlı müsəlman qadının böyük cihadını dünyaya tanıtdıracaqlar.
“7 min şəhid qadın” 1-ci milli konfrans bu gün Tehranda işə başlayıb.
İslam İnqilabı Şəhid Müəssisəsinin bildirdiyinə görə, İran İslam İnqilabının qələbəsi və İraqın edam olunmuş diktatoru Səddam Hüseynin İrana qarşı elan olunmamış müharibədəki qələbəsi ərəfəsində 7 min iranlı qadın şəhid olmuşdur.
