Rusiya peykləri terrorçuların Suriyada, Rif Dəməşq vilayətində kimyəvi silahdan necə istifadə etmələrinin fotoşəkillərini çəkib.
Livanda çıxan Səfir qəzetinin yazdığına görə, Rusiya çərşənbə günü Suriyanın cənubunda kimyəvi silahdan istifadə edilərək, həyata keçirilən hücumun terrorçular tərəfindən törədildiyini sübut edən faktlar üzə çıxarıb.
Bu məlumata görə, Qərb dövlətlərinin Nyu-Yorkdakı nümayəndələri çərşənbə günü kimyəvi silahdan istifadə edilərək, həyata keçirilən hücumla bağlı qeyri-rəsmi məlumata malik olduqları halda, Rusiya rəsmiləri BMT Təhlükəsizlik Şurasına Suriyanın cənubunda yerləşən Şərqi Ğutə məntəqəsində gedən döyüşlərlə bağlı peyk vasitəsilə çəkilmiş təsvirlər təqdim ediblər.
Çərşənbə günü səhər Suriyadakı terrorçuları himayə edən KİV-lər Suriya ordusunun Şərqi Ğutə məntəqəsinin terrorçulardan təmizlənməsi əməliyyatına başlamasından az sonra iddia ediblər ki, ordu kimyəvi silahdan istifadə edib.