AsyaDünyaİranXƏBƏRLƏR

İran neft ixracatını artırmaq üçün hər hansı bir məhdudiyyəti qəbul etmir

İranın neft naziri deyib: İran Cenevrə iclasında neft ixracatı üzrə heç bir anlaşma qəbul etməyib və neft ixracı üçün başqa tərəfdən diktə olan heç bir məhdudiyyəti qəbul etmir.

Bijən Zəngənə ötən gün (8 may) Neft, qaz, neft emalı və neft-kimya üzrə Tehranda keçirilən sərgiyə baxış keçirdiyi halda, İran ilə 5+1 qrupu arasında anlaşma çərçivəsində İranın orta hesabla xam neft ixracatı barəsində deyib: İran xamneft ixaracatı üzrə digər yerlərdən diktə edilən ədədə və rəqəmi qəbul etmir və buna əsasən, neft ixracatının miqdarını özü müyyənləşdiririb və makzimum həddə də neft ixrac edəcəyik.

İranın neft naziri Neft İxrac Edən Ölkələr (OPEK)-ın qarşıdakı ayı (iyun)- da keçirəcək iclası haqda deyib ki, bu iclasda üzv ölkələr müxtəlif sahələrdə, o cümlədən neft istehsalatının həcmi üzrə məsləhətləşmələr aparacaqlar.

Zəngənə İranın Türkiyəyə qaz ixracatının həcmi və dəyəri barədə sualın cavabında deyib: Bu məsələ hazırda məhkəmə prosesi ilə izlənilir və heç bir nəticəyə gətirib çıxarmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu