AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

İmdad Komitəsinin Azərbaycana yardımlarının yenidən başlanmasına şərti

Azərbaycan Respublikası ehtiyaclılarının İmam Xomeyni (rə) adına İmdad Komitəsinin yardımlarının yenidən başlanması üzrə müraciətlərinin ardınca, bu komitənin rəhbəri qurumun Azərbaycan Respublikası ehtiyaclılarına köməklərinin yenidən başlanmasını bu ölkə hökumətinin razılığı ilə şərtləndirib.

Seyid Hüseyn Ənvari İranda Səxavətlilik Günü ərəfəsində mətbuat konfransında Beynəlxalq Səhər telekanalı müxbirinin “İmam Xomeyni (rə) adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına rəğmən Azərbaycan Respublikası ehtiyaclılarına bu komitənin yardımlarının davam etməsi üçün həll yolu tapılıb ya xeyr? sualına cavabda deyib: İmam Xomeyni (rə) adına İmdad Komitəsi Azərbaycan Respublikasında 20 il humanitar fəaliyyət göstərdi. Çünki bu fəaliyyət Azərbaycan Respublikası hökumətinin müraciəti əsasında idi və xalq da bu məsələdə çox maraqlı idi.
Lakin ötən ildən Azərbaycan Respublikası hökuməti bildirdi ki, İmdad Komitəsinin fəaliyyətlərinə ehtiyacı yoxdur. Amma biz yardımların davam etdirilməsi üçün müqavimət göstərdik. Sonda bu il rəsmi şəkildə İmdad Komitəsinin nümayəndəliyinin fəaliyyətini dayandırması ilə üzləşdik.
“Hazırda da yardımların yenidən başlanması üçün məsləhətləşmələr aparılır. Lakin hökumət razı olmadığı zamana qədər hələlik yardım edə bilmərik” –deyə Ənvari bildirib.
Ənvarinin sözlərinə görə, Azərbaycan Respublikası xalqına da bildirilir ki, İmam Xomeyni (rə) adına İmdad Komitəsinin fəaliyyətlərinin yenidən başlanması Azərbaycan Respublikası hökumətinin bu məsələ ilə rəsmi şəkildə razılığı ilə şərtlənmişdir. Məqsədimiz budur ki, bir daha Azərbaycan Respublikasına qayıdaq. Lakin hökumətin razılığına ehtiyac duyulur.
İmam Xomeyni (rə) adına İmdad Komitəsinin sədri əlavə edib: Azərbaycan hökumətinin də təqsiri yoxdur. Hər halda bu hökumət də ABŞ və sionist rejimin təzyiqi, bəlkə də elə bu təzyiqlərə görə Azərbaycan Respublikasında İmdad Komitəsinin fəaliyyətini dayandırması ilə razılaşdı.
Ənvari bildirib: İmam Xomeyni (rə) adına İmdad Komitəsinin yardımları istənilən halda xalqlar və dövlətlərin razılığını cəlb etmişdir və hər yerdə, Tacikistan kimi regionun digər ölkələrində İmdad Komitəsi heç vaxt siyasətə müdaxilə etmədiyini sübuta yetirmişdir. Lakin təəssüflər olsun ki, Azərbaycan Respublikası hökuməti bunu qəbul etmədi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu