İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, 5+1 qrupu növbəti müzakirələrdə xoşməramlılıq və konstruktiv strategiyası seçəcək.
İran XİN sözçüsü Seyid Abbas İraqçı çərşənbə axşamı günü verdiyi açıqlamada “Altılar” qrupu ilə İran arasında müzakirələrin yenidən başlanması ilə bağlı Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Aştonun açıqlamasına münasibət bildirib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və “Altılar” qrupu ilə növbəti müzakirələrdə iştirak edəcək və qarşı tərəflərin də konstruktiv strategiya və xoşməramlılıqla müzakirə masasına qayıdacaqlarını gözləyir.
İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişin sadiq üzvlərindən olduğunu bəyan edən İraqçı bildirib: İran İslam Respublikasının qənaətincə, yalnız ciddi müzakirələrlə və xoşməramlılıq, dialoq və əməkdaşlıq strategiyasına əsaslanmaqla anlaşma əldə etmək olar və təhdid və sanksiya yolu öz yararsızlığını sübuta yetirmişdir.
İranın xarici diplomatiya idarəsinin sözçüsü diplomatik qüvvələr və səfirliklərin təhlükəsizliyinin bərqərar olunması ilə əlaqədar beynəlxalq konvensiyalara riayət etməsi ilə bağlı Tehranın öhdəliklərinə toxunaraq əlavə edib: İran xarici səfirliklər və diplomatların fəaliyyəti üçün tam təhlükəsizliyə malikdir və öz öhdəlikləri və vəzifələri qarşısında məsuliyyətli şəkildə addım atır.
İranın XİN mətbuat katibi Tehranla münasibətlərin yaxşılaşdırılması istiqamətində Londonun hazırlığını elan etməsi ilə bağlı İngiltərə xarici işlər naziri Uilyam Heyqin açıqlamasına da münasibət bildirib: İran İslam Respublikasının siyasəti Avropa Birliyinin bütün ölkələri, o cümlədən İngiltərə ilə əməkdaşlıq və qarşılıqlı hörmət strategiyası ilə münasibətləri hərtərəfli şəkildə genişləndirməkdir.
Amerikalı qaradərilinin qatilinə bəraət qazandıran məhkəmə qərarına münasibət bildirən İraqçı əlavə edib: Amerikalı qaradərili yeniyetmənin qatilinə bəraət qazandıran qərar ABŞ ictimaiyyətində yazılmamış, lakin sistematik şəkildə etnik azlıqlara qarşı irqi ayrı-seçkiliyi bir daha açıq-aşkar nümayiş etdirdi.
“Ümumi fikir belə ədliyyə davranışını heç bir professional araşdırma həyata keçirilmədən unudulmağa sövq etdirilən ABŞ müsəlmanlarının sabiq rəhbəri Malkum İksin nəvəsi Malkum Şəbasın şübhəli qətli kimi addımların davamı hesab edir” –deyə İraqçı əlavə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İraq səmasından istifadə edərək İran tərəfindən Suriyaya silahın göndərilməsinin mümkünlüyü barəsində İraq xarici işlər naziri Huşyar Zibarinin açıqlamasına münasibət bildirərək deyib: İraq hökuməti indiyə qədər elan olunmamış yoxlamalarda Suriyaya gedən bəzi İran təyyarələrini araşdırdı. Bütün hallarda rəsmən elan olundu ki, bu təyyarələrin heç bir hərbi təchizatı yoxdur.
İran XİN sözçüsü əlavə edib: İran tərəfindən Suriyaya silahın göndərilməsi ilə bağlı əsassız iddialar Suriyada terrorçuları və qanundan qaçan ünsürləri məqsədyönlü və proqramlaşdırılmış şəkildə bu ölkə hökuməti və xalqına qarşı təlimləndirən, silahlandıran və siyasi həll yolunun tapılması istiqamətində beynəlxalq ictimaiyyətin tələbinə əngəl yaradan şəxslər tərəfindən irəli sürülür.