İslam peyğəmbərinin (s.ə) rehləti və İmam Həsənin (ə) şəhadətinin ildönümü günü qeyd olunub

Minlərlə şiə 28 səfər Böyük İslam peyğəmbərinin (s.ə) rehləti və İmam Həsənin (ə) şəhadətinin ildönümü gününün mərasimlərində iştirak etmək üçün Nəcəf Əşrəfə toplaşıb.

İsmət və Təharət əhli beytinin ( ə) minlərlə aşiqi Nəcəf Əşrəfin ətraf vilayətlərindən bu şəhərə axışaraq Allahın sonuncu peyğəmbəri Həzrət Məhəmməd Müstafanın(s.ə) rehləti və peyğəmbər nəvəsi Həzrət İmam Həsən Müctabanın( ə) şəhadətinin ildönümü gününün mərasimlərində iştirak edib.
Nəcəf Əşrəfdə Ələvi məkanlar üzrə informasiya mərkəzinin başçısı Faiq Şimri deyib: Əmirəl-möminin Əlinin(ə) müqəddəs dərgahı əhli beytin(ə) vurğunlarından ibarət minlərlə matəmli insanın şahididir ki Peyğəmbərin(s.ə) rehlətinin ildönümü gününü başsağlığı vermək üçün şiələrin birinci imamının pak dərgahına toplaşıblar.
Nəcəf vilayətindəki zəvvarların təhlükəsizliyinin təmininə 23 mindən çox təhlükəsizlik qüvvələri cəlb olunub və ərazidə xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilməkdədir.
Hər il yüz minlərlə zəvvar İraqın müxtəlif bölgələrindən xüsusilə Kərbəladan Nəcəfə gəlir və 28 səfər Böyük İslam peyğəmbərinin (s.ə) rehləti və şiələrin ikinci imamı İmam Həsənin (ə) şəhadətinin ildönümü gününün matəm mərasimlərində iştirak edirlər.

↑
Mobil sürümden çık