“İslam quruluşuna qarşı düşmənin yeni məkrli planı zərərsizləşdirilib”

İran İslam Respublikasının təhlükəsizlik nazirliyi İran İslam Respublikası quruluşunda ikiliyin olmasını uydurmaq üçün düşmənin yeni məkrli planının məğlubiyyətə uğradığını bildirib.

Seyid Mahmud Ələvi Ərdəbil ostanına səfərində deyib: Düşmən İran İslam Respublikası quruluşunun yüksək səviyyəli rəsmiləri arasında ikilik və ixtilafın olduğunu uydurmaq üçün çox gizli şəkildə olan yeni məkrli plan planlaşdırmışdı. Lakin İslam İnqilabının Böyük Rəhbərinin bu sahədəki mətanətliyi ilə plan məğlubiyyətə uğradı.

İranın təhlükəsizlik naziri region və qonşu ölkələrdə düşmənlərin məkrli planlarına toxunaraq deyib: Düşmənlər şiə və sünni arasındakı ixtilafı qabartmaq niyyətindədirlər. Bu məkrli plan da islam dünyasının sayıqlığı ilə zərərsizləşdiriləcək.

↑
Mobil sürümden çık