İslamabad,Ərəbistan –İran münasibətlərinin genişləndirilməsini müsbət qarşılayır

Pakistan Tehran-Ər-Riyad münasibətlərinin genişləndirilməsini müsbət qarşılayır.

İRNA xəbər verir : Pakistan baş nazirinin milli təhlükəsizlik və xarici məsələlər üzrə baş müşaviri Sərtac Əziz Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəlin Tehran-Ər-Riyad münasibətlərinin genişləndirilməsi məqsədilə iranlı həmkarını Əl-Riyada səfərə dəvət etməsini müsbət qarşılayıb.

Sərtac Əziz bir müsahibədə xatırladıb ki, Tehran –Ər-Riyad məsələlərinin diplomatik danışıqlar tərzi ilə həll edilməsini arzulayır.

Sərtac Əziz deyib : İslamabad İran-Ərəbistan münasibətləri haqda bitərəf mövqe tutur və ölkələrin daxili işlərinə müdaxilə etməkdən imtina edir.

Ötən çərşənbə axşamı günü Səud Əl-Feysəl demişdir : Tehran –Ər-Riyad münasibətlərinin genişləndirilməsi üçün münbit zəmin mövcuddur və bu mövzu haqda mübahisə aparmaq üçün İranın xarici işlər nazirini Ərəbistana dəvət etmişik.

↑
Mobil sürümden çık