DünyaXƏBƏRLƏR

Obama sionist rejimin təhlükəsizliyinin təminini vurğulayıb

İordan çayının qərb sahillərində ABŞ prezidenti Barak Obamanın işğal olunmuş ərazilərə səfərinə etirazların artmasına baxmayaraq, o bu ərazilərə daxil olub.

Obama işğal olunmuş ərazilərə daxil olduğu zaman öz ilk açıqlamasında bir daha təkrarlayıb ki, Vaşinqtonun İsrail rejiminə olan öhdəliklərinə zərbə dəyə bilməz.

Sionist rejimin baş naziri Benyamin Netanyahu da ABŞ prezidentinin İsrail qarşısındakı mövqeyinə cavabda təşəkkür edib.

Obamanın Təl-Əvivə daxil olması ilə fələstinli etirazçılar Obamanın səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Etirazçı fələstinlilər bildirirlər ki, Obama İsrailin qəsəbə salma və fələstinlilərin sionist hərbçilər tərəfindən özbaşına şəkildə həbs olunmaları prosesini dayandırmaq üçün lazımi səyi göstərmir.

Obama Təl-Əviv hava limanında qarşılanması üçün keçirilən tədbirdə deyib: Mən bu səfəri ABŞ və İsrail arasında zədələnməyəcək münasibətləri və həmçinin Vaşinqtonun İsrailin təhlükəsizliyi qarşısındakı qətiyyətli öhdəliyini yenidən vurğulamaq üçün fürsət hesab edirəm.

Obama deyib: Mən yəqinliklə bildirirəm ki, bizim koalisiyamız həmişəlikdir.

ABŞ prezidenti həmçinin sionist rejim baş naziri Benyamin Netanyahu ilə müştərək mətbuat konfransında söyləyib: İsrailin təhlükəsizliyi bizim üçün çox önəmlidir. İran bizim ortaq nigaranlığımızdır.

Barak Obama İranın nüvə proqramına toxunaraq deyib: Hazırda bu məsələnin diplomatik yolla həllinə imkan yaranıb. Belə bir sual var ki, görəsən İran bu fürsəti görürmü? Bu məsələ diplomatik yolla həll olunarsa, hamı xeyrini görəcək.

ABŞ prezidenti söyləyib: İran məsələsi üçün ən önəmli həll yolu onların atom silahı ardınca olmamaları ilə bağlı qərarıdır.

ABŞ dünyada atom silahına malik ən böyük və bu silahdan bəşəriyyətə qarşı istifadə edən yeganə ölkədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu