FələstinXƏBƏRLƏR

İordaniyalılar “Ərəbə Vadisi” müqaviləsinin ləğv edilməsini istədilər

İordaniyalılar “Nikbət Günü”nün(Fələstinin işğal edildiyi gün) 65-ci ildönümü münasibətilə keçirilən nümayişdə sionist rejim ilə imzalanmış Ərəbə Vadisi müqaviləsinin ləğv edilməsini istəyiblər.

İordaniya xalqı dünən cümə günü ölkə səviyyəsində etiraz aksiyaları keçirərək, fələstinli didərginlərin öz torpaqlarına qayıtmaları haqqına təkid edib, Ərəbə Vadisi müqaviləsinin ləğvini istəyiblər.

Digər tərəfdən İordaniya dövlətinin sözçüsü bildirib ki, İsrailin Əmmandakı səfiri sionist rejimin cinayətləri ilə bağlı İordaniyanın kəskin etiraz notasını aldıqdan dərhal sonra bu ölkəni tərk edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu