İran xarici işlər naziri təkidlə bildirib: Sionist rejimin anti-İran tədbirləri tam nəticəsiz qalacaq.
Məhəmmədcavad Zərif Cam-Cəm qəzeti ilə müsahibədə İranın son 11 yada xarici siyasət sahəsində uğurlarına işarə edərək söyləyib: İranofobiya habelə İslamofobiya atmosferi çox həddə pozulub və buna görə Sionist rejimin baş naziri benyamin Netanyahonun cəhdləri nəticəsizdir.
İran xarici işlər naziri Sionist rejimin Qəzzəyə gəmi ilə silah daşımaqda İranı ittihamlandırması ilə əlaqədar yalanlarına işarə edərək bildirib: Sionist rejim başçılarının saxtakarlığı artıq aşkara çıxıb.
Zərif 5+1 qrupu ilə müzakirələr barədə xatırladıb: ABŞ-ın tamahkarlıqları qarşısında dayanmışıq və İranda uranın zənginləşdirilməsinin davam etdiriləcəyinə təkid etmişik.
İran xarici işlər naziri söyləyib: Cenevrə razılaşmasına əsasən amerikalılar İran ərazisində uranı zənginləşdirmə haqqını qəbul ediblər.
