İsrail ABŞ-ın Misirə hərbi yardımları durdurmasından nigarandır

Bir hesabata görə, İsrail rejimi Misir prezidenti Məhəmməd Mursiyə qarşı çevrilişin ardınca ABŞ-ın bu ölkəyə hərbi yardımların dayandırılması planının İsrail ilə Misir arasındakı sülh sazişini təhlükə ilə üzləşdirə biləcəyindən nigarandır.

İsraildə çıxan Qlobus qəzeti cümə axşamı yazıb: Təl-Əviv bu məsələdən nigarandır ki, Misir ordusunun Məhəmməd Mursinin devrilməsindəki müdaxiləsinə görə, Amerika Misirə olan illik 1.3 milyard dollar hərbi yardımlarını dayandırsın.

ABŞ Konstitusiyasına əsasən Vaşinqton qanuni prezidenti çevriliş yolu ilə hakimiyyətdən kənarlaşdırılan ölkələrə hərbi yardımlarını dayandırmalıdır.

Qlobal qəzeti daha sonra yazır: ABŞ Konqresi Müsəlman Qardaşlara şübhə ilə yanaşırdı və hətta düşmən hesab edirdi. Amma, Misirin İsrail ilə sülh müqaviləsinə sadiq qalması ABŞ Konqresinin Misirə hərbi yardımları davam etdirməsinin yeganə səbəbi idi.

Misir Silahlı Qüvvələrinin baş komandanı Əbdülfəttah Əssisi çərşənbə günü axşam televiziya vasitəsilə etdiyi çıxışında prezident Məhəmməd Mursini vəzifəsindən kənarlaşdırdığını elan etdi.

O, həmçinin Konstitusiya Məhkəməsinin sədri Ədli Mahmud Mənsuru müvəqqəti prezident təyin edib.

Məhəmməd Mursi və onun hökumətinin bir sıra üzvləri çərşənbə günü Əssisinin çıxışının ardınca həbs edilib.

↑
Exit mobile version