İran
İran və İsveçin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub
İran və İsveçin xarici işlər nazirləri iki ölkənin ikitərəfli, regional və beynəlxalq məsələlər barəsində ciddi danışıqlara hazır olduğunu bildiriblər.
İsveçin xarici işlər naziri Karl Bild cümə günü Məhəmməd Cavad Zərif ilə telefon əlaqəsi saxlayaraq, onu xarici işlər naziri seçilməsi münasibətilə təbrik və ona bu vəzifədə uğurlar arzu edib.
İsveçin xarici işlər naziri həmçinin, Zərifi İsveçə dəvət edib və ölkəsinin müxtəlif məsələlərlə bağlı ciddi danışıqlara hazır olduğunu bildirib.
İran və İsveçin xarici işlər nazirləri həmçinin, bu telefon söhbətində beynəlxalq və regional məsələlər haqqında fikir mübadiləsi aparıb, böhranlar üçün gərginlikdən və zorakılıqdan uzaq olan siyasi həll yollarının tapılmasına təkid ediblər.
