DünyaXƏBƏRLƏR

“İsrail” MTN-i təhrik edir

Sionist rejimin təhriki ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi İrana qarşı bir daha məlumat yayıb.

Sionist rejimin “Terrorizmlə mübarizə qərargahı”nın  öz “vətəndaşları”na Azərbaycan Respublikasına Novruz bayramı istirahət günlərində səfər etməkdən çəkinmələri üçün müraciət etdikdən sonra, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi 2012-də bu respublikada bir neçə İran casusu qrupu həbs etdiyini iddia edib!

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi açıq-aşkar sionist rejimin təhriki ilə yayımlanan bu məlumatda əlavə edib: Bu nazirlik 2012-ci ildə casusluq və terrora qarşı əməliyyat keçirərək bir ictimai şəxsiyyəti terror etmək istəyən və silah-sursat əldə etməklə müxtəlif cinayətlər törətməyə çalışan 5 nəfərdən ibarət bir qrupu həbs edib.

Bu məlumatda iddia olunur: İranın təhlükəsizlik xidmətləri ilə əlaqəsi olan bu qrupun 3 üzvü Azərbaycan Respublikası məhkəməsinin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib və qrupun iki üzvü, habelə İran təhlükəsizlik qurumları tərəfindən əməkdaşlığa cəlb olunan və təlimlər keçərək casusluq göstərişlərini icra edən digər iki nəfər barəsində istintaq işi davam etdirilir.

Bu məlumatın davamında bu əsassız iddia təkrar olunub ki, bu qrupdan əlavə, əksəriyyəti Azərbaycan vətəndaşı olan 22 nəfər də milli təhlükəsizliyə qarşı casusluq etməklə ölkəyə xəyanət etmək, terror əməliyyatını planlaşdırmaq, qeyri-qanuni şəkildə odlu silah əldə etmək və digər ağır cinayətləri törətməkdə müqəssir hesab olunub və məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin məlumatı mənalı şəkildə sionist rejimin “terrorizmlə mübarizə qərargahı”nın öz “vətəndaşları”na 12 ölkəyə, o cümlədən Azərbaycan Respublikasına Novruz bayramı istirahət günlərində səfər etməkdən çəkinməsi ilə bağlı müraciət etdikdən sonra yayımlanıb.

Bu 12 iki ölkə arasında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi kimi heç bir ölkənin Təhlükəsizlik Nazirlikləri belə çaşqınlıqla və sionist rejimdən tam itaətlə bu rejimin xəbərdarlığına etina etməyib.

Halbuki Azərbaycan Respublikası ilə sionist rejimin silah müqavilələrinin bəzisinin icra olunmasında bu rejimin Azərbaycan Respublikasına xəyanəti daha artıq müşahidə olunur və sionist rejim Rusiyanın Ermənistana verdiyi modern silahlar həddində olan silahları Bakıya verməkdən çəkinib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu