Sionist rejim ordusu hərbçiləri İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə hücumlarının davamında ən azı 12 Fələstin vətəndaşını oğurlayıblar.
Sionist rejim ordusunun 200-dən çox hərbçisi onlarla hərbi avtomobillə bu gün səhərçağı öz hərbi təlimləri çərçivəsində İordan çayının qərb sahillərində Kəfər Malik və Deyr Cərir kəndlərinə basqın edib. Lakin onlar kəndin gənclərinin müqaviməti ilə üzləşiblər.
Məlumata görə, bu hücumdan sonra sionist hərbçilərlə fələstinli gənclər arasında toqquşma baş verib və sionist rejim qüvvələri fələstinlilərə doğru gözyaşardıcı qazdan istifadə ediblər.
Sionist rejim ordusu hərbçiləri təxminən hər gün müxtəlif bəhanələrlə İordan çayının qərb sahillərinin bölgələrinə hücum edirlər. Fələstinli gənclərlə toqquşmaq və fələstinliləri həbs etmək bu hücumları nəticəsidir.