İsrail rejimi mərkəzi bankı sədri etirazçıların mühasirəsində

Təl-Əvivdə etirazçılar sionist rejim mərkəzi bankı sədrini mühasirəyə alaraq ona və Nazirlər Kabinetinin iqtisadi siyasətlərinə qarşı şüarlar səsləndiriblər.

Ümumdünya Bankında da fəaliyyət keçmişinə malik bu sionist vəzifəli şəxs həyat yoldaşı ilə birgə küçədə olduğu zaman etirazçılar tərəfindən mühasirəyə alınıb.

Stenli Fişerin tənqidçiləri bildirirlər ki, onun maliyyə siyasətləri orta kütlənin zəifləməsi və varlıların güclənməsinə səbəb olub.

İsrail ötən iki il ərzində maliyyə böhranının davam etməsi ardınca hökumətin sərt iqtisadi siyasətlərinə qarşı küçə etirazların şahidi olmuşdur.

↑
Mobil sürümden çık